Qənirə Paşayeva: “Avropa və qərbin ikili standartlardan yanaşması davam edir” Açıqlama
"Şimali Kipr Türk Cumhuriyyətinin bayramı eyni zamanda bizim bayramımızdır. Çünki, orada yaşayan insanlar bizim qardaş bacılarımızdır. Onların sevinci, bayramı bizim bayramımız, kədəri bizim kədərimizdir". Bu sözləri Şimali Kipr Türk Cumhuriyyətinin müstəqilliyinin 31-ci ildönümünə həsr edilmiş gecədə SİA-ya açıqlama verən millət vəkili Qənirə Paşayeva deyib. O, Şimali Kipr Türk Cumhuriyyəti ilə bağlı yazdığı kitabları ilə bu ölkəni yaxından tanıdığına, Azərbaycanlıların Kipr Türkləri ilə eyni talehi paylaşdığını vurğulayıb: "Necə ki, bizim bayramımız onların bayramıdır, bizim kədərimiz də onların kədəridir. Şimali Kipr Türk Cumhuriyyətindəki insanımız çox ağrılardan, acılardan keçib. Var olma mübarizəsi verib. Mən "Kuzey Kıbrıs Türkləri" və "Rauf Denktaş arzusu, həyatı, ümidləri" kitablarını yazdığım zaman demək olar ki, bütün Şimali Kipr Türk Cumhuriyyətinin hər yerini qarış – qarış gəzmişəm. Orada insanımızın yaşadığı ağrıları, acıları, nə zülmlərdən keçiblər hamısının şahidi oldum. Gözümüzlə o acıların davamını hələ də görmək mümkündür. Biz görürük ki, onları daha yaxşı anlayırıq. Bizim özümüzün də Ermənistan tərəfindən torpaqlarımızın işğalı zamanı çox ağrılar, acılar yaşamışıq. Ona görə, Şimali Kipr Türk Cumhuriyyətindəki qardaş bacılarımızın ağrı – acılarını da biz yaxşı bilirik. Ordakı insanımız həmişə dostluqdan, barışdan yana olub. Amma çox təəssüf ki, onların uzanan əlləri heç zaman qarşılıqlı olaraq cavab verilməyib".
Qərbin Şimali Kipr Türk Cumhuriyyətinə qarşı yanaşmasından danışan millət vəkili, oradaki vəziyyətə layiqincə qiymət verilmədiyini deyib: "Türkiyə Cumhuriyyəti də Şimali Kipr Türk Cumhuriyyəti ilə bağlı nə qədər xoş niyyət, xoş məram göstərsə də, qərb ölkələri, Avropa tərəfindən layiqincə qiymətləndirilməyib. Onlara verilən sözlər tutulmayıb. Yəni, Şimali Kipr Türk Cumhuriyyətinə Avropa İttifaqı, Avropa Şurası, qərb tərəfindən verilən sözlər, vədlər bu günə qədər həyata keçməyib, yenə də embarqolar, izolyasiyalar davam edir. Yəni Şimali Kipr Türk Cumhuriyyətinə qarşı Avropa və qərbin ikili standartlardan yanaşması davam edir. Ədalətsizliklər davam edir ki, bu da bizim hamımızı narahat edir, hamımızı ciddi şəkildə üzür. Amma təbii ki bu önəmlidir ki, bu gün biz Şimali Kipr Türk Cumhuriyyətinə bütün Türk dünyası, Türk xalqları tərəfindən dəstək daha da artır. İnanırıq ki, o dəstəklə, əməkdaşlığın inkişafı, genişlənməsi ilə onlar daha da inkişaf edəcək. Azərbaycan dövləti, xalqı hər zaman Şimali Kipr Türk Cumhuriyyətimizdəki qardaş bacılarımızın yanında olub, üzüntülərini paylaşıb, əlindən gələn dəstəyi göstərməyə çalışıb və bu gün də bu davam edir. Ümumilli lider Heydər Əliyevin də, cənab Prezidentin də hər zaman ordaki qardaş bacılarımıza çox böyük sevgisi və sayğısı olub. İnanırıq ki, inşallah o acılı, üzüntülü hadisələr bir daha təkrarlanmayacaq, Şimali Kipr Türk Cumhuriyyəti daha da inkişaf edəcək, qalxınacaq və insanları uzun ağrı acılardan sonra nəhayət ki, rahat, xoşbəxt yaşayacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB