24 noyabr 2014-cü il tarixdə Gənclər və idman naziri Azad Rəhimov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayon sakinlərinin iştirak edəcəkləri qəbul saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində (Qəbələ şəh, 28 May küçəsi-40, Heydər Əliyev parkının yanı) baş tutacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 24-dək saat 09:00-dan, 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Qəbələ - 050-399-06-33
Balakən - 055-722-12-15;
051-886-55-66
Oğuz - 050(070)-394-94-04
Qax - 055(077)-365-25-00
Şəki - 055-605-00-00
Zaqatala - 050-382-78-13
İsmayıllı - 055-287-70-10;
050-453-22-33
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB