“Dünya Türk Gəncləri Birliyi” qondarma erməni “soyqırımına” qarşı kampaniyaya başlayacaq

“Dünya Türk Gəncləri Birliyi” qondarma erməni “soyqırımına” qarşı kampaniyaya başlayacaq

"Dünya Türk Gəncləri Birliyi" dekabrın 10-14-də İstanbulda keçiriləcək XVI qurultay çərçivəsində ermənilərin qondarma "soyqırımla" bağlı yalan, həqiqətə uyğun olmayan iddialarına qarşı mübarizə aparmaq üçün media kampaniya başlamağı planlaşdırır." Bu fikirləri SİA-ya açıqlamasında "Dünya Türk Gəncləri Birliyi" İctimai Birliyinin Baş Əlaqələndiricisi və sədr müavini Elşad Abdullayev deyib.

Onun sözlərinə görə, media kampaniya başlamaqla yanaşı qurultayda bu sahədə işçi qrupu da yaradılacaq : "Qurultayda erməni yalanı və saxtakarlığını ifşa etmək, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və bu movzuda olan digər aktual məsələlərin müzakirəsi gözlənilir".

"Dünya Türk Gəncləri Birliyi" İctimai Birliyinin Baş Əlaqələndiricisi həmçinin bildirib ki, qurultay çərçivəsində dekabrın 12-də Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 11-ci il dönümü anılacaq.

XVI İstanbul qurultayının əvvəlkilərdən fərqlənəcəyini deyən Elsad Abdullayev bildirib ki, öncəki qurultaylarda ümumi plenar toplantılarla yanaşı, komissiyalar qurulur və bu komissiyalar daimi xarakter daşıyırdı: "Bu qurultayda isə biz komissiyalar üzrə işləməyəcəyik. Qurultayın gündəmində kiçik, ancaq çox vacib konfranslar nəzərdə tutulub. Burada türk dünyasında iqtisadi əməkdaşlıq və gənclərin bu əməkdaslıqdakı rolu, regional münaqişələrin türk dünyası xalqlarına mənfi təsiri mövzularında müzakirələr aparılacaq".

Elşad Abdullayev onu da qeyd edibki, gələcəkdə türk dünyasının gənclər təskilatlari arasında əməkdaşlığı gücləndirmək üçün ümumi bir şəbəkə yaradılacaq və bu şəbəkə müəyyən olunmuş koordinasiya mərkəzi tərəfindən idarə olunacaq.

Qeyd edək ki, "Dünya Türk Gəncləri İctimai Birliyi" 1992-ci ildə Kazan şəhərində yaradılıb. Hazırda 18 ölkə və 35 türk xalqlarından quruma üzv olan 42 təşkilat var. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Dünya Türk Gəncləri Birliyi" İctimai Birliyinin dekabrın 10-14-də İstanbulda XVI qurultayı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə