2013-cü ilin aprelindən reallaşdırılan irimiqyaslı "İşıqlı həyat" sosial layihəsi uğurla davam etdirilir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Nərimanov Rayon İcra Hakimiyyəti, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tərəfindən keçirilən layihənin növbəti mərhələsi Nərimanov rayonunda yerləşən məktəblərdə baş tutub.
Layihənin baş koordinatoru Tuğay Kərimovun sözlərinə görə, artıq Nərimanov rayonunun 34, 36, 37, 39, 45, 47, 57, 82, 177 və 304 nömrəli tam orta məktəblərində "İşıqlı həyat"ın təqdimatı keçirilib: "Təqdimatlar zamanı biz şagirdləri havanın qaranlıq vaxtı baş verə biləcək yol hərəkət hadisələri ilə bağlı məlumatlandırır, onlara xüsusi hazırlanmış "İşıqlı həyat" layihəsinin işıqqaytarıcılarını pulsuz paylayırıq".
"Qaranlıqda görün!" şüarı altında keçirilən layihənin əsas məqsədi gecə saatlarında baş verə biləcək yol hərəkət hadisələrinin və insan tələfatının qarşısını almaqdır.
Qeyd edək ki, "İşıqlı həyat"ın son xəbərləri, fotoşəkilləri və s. ilə layihənin rəsmi facebok səhifəsində (https://www.facebook.com/brightlife.socialproject) tanış ola bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB