ATƏT-in Minsk qrupunun həmsədrləri narahatlığını bildiriblər
Yeni helikopter bəyanatı

ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış ediblər. ATƏT-in saytında yerləşdirilmiş bəyanatda İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Endryu (Fransa) Azərbaycan silahlı qüvvələri tərəfindən vurulmuş Ermənistan ordusuna məxsus helikopterin qalıqlarına humanitar keçidin olmaması ilə bağlı narahatlığını bildiriblər.

Bəyanatda bildirilir ki, helikopterin qalıqları Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttinin neytral ərazisinin minalanmış zonasında yerləşir./anspress/

Bütün xəbərlər Facebook səhifəmizdə