Rövnəq Abdullayev: "Ümid edirik ki, DESFA şirkətinə məxsus səhmlərin alınması vaxtında başa çatdırılacaq"
Yunanıstan Azərbaycanın dostu və etibarlı strateji tərəfdaşıdır və bu əlaqələr, əlbəttə ki, yalnız neft və qaz sənayesi ilə məhdudlaşmır, müxtəlif sahələrdə müsbət şəkildə inkişaf etməkdədir. Yunanıstanın "İmerissia" qəzetinə müsahibəsində bununla bağlı fikirlərini bölüşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, enerji sektorunda əlaqələr SOCAR nümayəndə heyətinin noyabrın 10-da Yunanıstana səfəri və bu ölkənin Baş naziri Antonis Samaras ilə keçirdiyi görüş ilə daha da möhkəmlənib. Görüşdə TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66 faizinin SOCAR tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycan-Yunanıstan münasibətlərinin hazırkı müsbət inkişafının yaxın gələcəkdə dəyişməsi üçün heç bir əsas yoxdur.
"Ümid edirik ki, DESFA şirkətinə məxsus səhmlərin alınması vaxtında başa çatdırılacaq və bütün tərəflər gələcəkdə uğurlu əməkdaşlıq imkanlarından faydalana biləcəklər" - deyə SOCAR-ın prezidenti qeyd edib. R.Abdullayev bildirib ki, iri beynəlxalq şirkətlər konsorsiumu olan TAP DESFA ilə müstəqil şəkildə Əməkdaşlıq Haqqında Saziş imzalayıb və layihə Yunanıstanda çox yaxşı inkişaf edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB