Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvləri təyin edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqda Sərəncam imzalayıb. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı rəsmi sənəddə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi"nin 5.3-cü bəndinə uyğun olaraq qərara alıb:
Aşağıdakı şəxslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvləri təyin edilsin:
Abdullayev Kamal Mehdi oğlu
Əbdüləziz bin Osman əl-Tüveycri
Əliyeva Leyla İlham qızı
Əlizadə Akif Ağamehdi oğlu
Əlizadə Firəngiz Əliağa qızı
Koiçiro Matsuuro
Quliyev Eldar Tofiq oğlu
Salahov Tahir Teymur oğlu
Şarovski Aleksandr Yakovleviç
Zabelin Mixail Yuryeviç.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB