Həştərxan vilayətinin Nərimanov rayonu xüsusi iqtisadi zona statusu alıb
Həştərxan rayonunun Nərimanov rayonu xüsusi iqtisadi zona statusu alıb. NTV saytında yerləşdirilən məlumata görə, bu, Rusiyanın Baş naziri Dmitri Medvedevin vilayətin qubernatoru Aleksandr Jilkinlə görüşündə məlum olub.
D.Medvedev bildirib ki, Həştərxan vilayətinin Nərimanov rayonu ərazisində xüsusi iqtisadi zonanın yaradılması barədə qərar imzalayıb.
RF Hökumətinin sədri deyib: "Bu sənaye rayonuna böyük maraq var. Burada istehsalat sahələri inkişaf etdiriləcək, o cümlədən şelf problemləri, gəmiqayırma məsələləri və s. həllini tapacaq. Bütün bunlar vergi yığmalarının çoxalmasına və iş yerlərinin artmasına gətirib çıxaracaq".
A.Jilkin öz növbəsində bildirib ki, bu layihə təkcə Xəzər dənizi şelfində işləyən Rusiya şirkətləri üçün deyil, həm də Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran şirkətləri üçün maraq doğurur.
Qubernator deyib: "Düşünürük ki, təkcə istehsalat bazasına illik hesablamada 10 milyard dollardan çox vəsait yatırılacaq"./azərtac/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB