Cəzaçəkmə müəssisində 45 məhkuma şəxsiyyət vəsiqəsi verilib

Cəzaçəkmə müəssisində 45 məhkuma şəxsiyyət vəsiqəsi verilib

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cari il sentyabrın 19-dan cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinə başlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu məqsədlə hər iki qurumun əməkdaşlarından ibarət işçi qrupu yaradılıb. Noyabrın 19-dək ümumilikdə 1350 məhkuma şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub.

Tədbirlərin davamı olaraq noyabrın 19-da Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisində 45 məhkuma da şəxsiyyət vəsiqəsi verilib.

Hazırda cəzaçəkmə müəssisələrində cəza çəkənlərin şəxsiyyəti təsdiq edən sənədlərlə təmini işi mərhələli şəkildə davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə