45 məhkum şəxsiyyət vəsiqəsi aldı

45 məhkum şəxsiyyət vəsiqəsi aldı

Bu gün Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisində 45 məhkuma şəxsiyyət vəsiqəsi verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hazırda cəzaçəkmə müəssisələrində cəza çəkənlərin şəxsiyyəti təsdiq edən sənədlərlə təmini işi mərhələli şəkildə davam etdirilir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cari il sentyabrın 19-dan cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinə başlanılıb.

Həmin məqsədlə hər iki qurumun əməkdaşlarından ibarət işci qrupu yaradılıb və bugünədək ümumilikdə 1350 məhkuma şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə