7-17 noyabr tarixlərində AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasında şöbələrin 2014-cü il üçün hesabatları dinlənilib. SİA-ya verilən məlumata görə, iclaslarda institutun 11 şöbəsinin müdirləri öz şöbələrində il ərzində görülən işlər barədə məlumat veriblər. İnstitut əməkdaşlarının 2014-cü ildə gördükləri işlər Elmi Şura üzvləri tərəfindən əsasən yüksək qiymətləndirilib. Əməkdaşların dəyərli tədqiqatlar aparması, il ərzində bir sıra elmi əhəmiyyətli kitab və topluların işıq üzü görməsi, alimlərin ölkə xaricində və daxilində nüfuzlu beynəlxalq elmi konfranslarda fəal iştirakı, nüfuzlu beynəlxalq elmi nəşrlərdə məqalələrinin dərc edilməsi və s. qeyd edilib.
Bununla yanaşı mövcud müəyyən problemlərin aradan qaldırılması istiqamətində tövsiyə və tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB