"Müharibə vəziyyətində olduğumuzdan hesab edirəm ki, dövlət büdcəsində hərbi xərclərin daha da artırılmasına ehtiyac var". SİA-nın məlumatına görə, belə bir təklifi millət vəkili Yevda Abramov Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
Seçildiyi Quba rayonunun problemlərindən də danışan Y.Abramov bildirib ki, rayonda yol çəkilişinin başlanılmasına ciddi ehtiyac var: "Qubada beynəlxalq hava limanın tikintisi ilə bağlı görülən işlər dayandırılıb: "Beynəlxalq hava limanının tikintisi ilə bağlı əhalidən torpaqlar alındı, əraziyə texnika yerləşdirildi. Lakin naməlum səbəblərdən bütün texnika oradan çıxarıldı. Ancaq əhali yaranmış vəziyyətdən çaş-baş qalıb. Bilmirlər torpağı əkib-becərsinlər, yoxsa ağacları kəssinlər. Müəyyən işlər getdi, ancaq sonradan gətirilən texnika da geri qaytarıldı. Əhali bununla bağlı narahatlığını ifadə edir. Hökumət bu suallara cavab verməlidir. Çünki, orda şaiyələr gəzir ki, Rusiya buna müdaxilə edib, beynəlxalq konvensiyaları əsas gətirərək sərhəd bölgəsində beynəlxalq aeroportun tikintisinə imkan verməyib. Xahiş edirəm hökumət buna cavab versin ki, bu, doğrudurmu?"
Millət vəkili Quba rayonunun kənd yollarının bərbad olması haqqında da danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB