Millət vəkili: “Texniki peşə məktəbləri ilə bağlı geniş proqram hazırlanmalıdır”

Millət vəkili: “Texniki peşə məktəbləri ilə bağlı geniş proqram hazırlanmalıdır”

"Hazırda Təhsil Nazirliyi tərəfindən bir sıra mühüm islahatlar keçirilir. Bununla belə texniki peşə məktəblərinin fəaliyyətində əhəmiyyətli dəyişiklik müşahidə olunmur. Bu sahə ilə bağlı geniş proqram hazırlanmalıdır". SİA-nın məlumatına görə, bu təkliflə millət vəkili Elmira Axundova Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

Çıxışı zamanı millət vəkili səhiyyə sistemini tənqid edənlərlə razı olmadığını vurğulayıb: "Bu sahədə geniş islahatlar keçirilir. Səhiyyə Nazirliyinə təklif edirəm ki, Tibb Universitetini bitirən yeni kadrlar təyinatla kənd yerlərinə göndərilsinlər və onlar yüksək maaş alsınlar. Onlar feltşer - mama məntəqələrində çalışsınlar. Çünki bu sahələr rayonlarda zəifdir".

Millət vəkili Masallı rayonun qazlaşma probleminə də toxunaraq, rayonun təbii qaza olan ehtiyacının tam ödənilmədiyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə