"Xaricdə təhsil alan tələbələrimiz ölkədə dövlət qulluğuna qəbul zamanı test imtahanından azad edilsin". SİA-nın məlumatına görə, belə bir təkliflə millət vəkili Musa Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.
Millət vəkili diqqətə çatdırıb ki, bu gün xaricdə təhsil alan azərbaycanlılar dövlət qulluğunda çalışmaq istəmirlər: "Çünki onlar ölkəyə qayıtdıqdan sonra dövlət qulluğunda yox, daha yüksək məvacibli yerlərdə iş axtarırlar".
Gənc ailələrə sosial evlərin verilməsi məsələsinə toxunan millət vəkili bildirib ki, bunun üçün dövlət sahibkarlara şərait yaratmalıdır: "Dövlət ən üstün şərtlərlə sahibkara imkan verməlidir ki, ucuz maya dəyərində başa gələn evləri tiksin. Sonra həmin evlər gənc ailələrə uzun müddətli ipoteka kreditləri ilə verilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB