“QHT əməkdaşlığının nailiyyətləri və perspektivləri” adlı beynəlxalq konfrans keçirilir

“QHT əməkdaşlığının nailiyyətləri və perspektivləri” adlı beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "QHT əməkdaşlığının nailiyyətləri və perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə ilk çıxışe dən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev konfransın məqsədi və əhəmiyyətindən danışıb. O bildirib ki, konfransın keçirilməsində məqsəd Azərbaycanın beynəlxalq aləmdə QHT-lərlə əməkdaşlığının qiymətləndirilməsi, sülh və regional təhlükəsizlik, mədəniyyətlərarası dialoq, vətəndaş cəmiyyəti təşkilatları arasında gələcək əməkdaşlıq imkanları, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı yeni mexanizmlər ətrafında fikir mübadiləsi aparmaqdır.

Daha soz alan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib ki, QHT-lərin dünyada vətəndaş cəmiyyətinin inkişafında rolu getdikcə daha da artır: "Bu gün dünyada elə QHT-lər var ki, geosiyasi aktyor kimi fəaliyyət göstərir və beynəlxalq siyasətə təsir edirlər. Dünyada yaranan gərginlikdə QHT-lərin də məsuliyyəti var".

Novruz Məmmədov tədbirdə iştirak edən QHT nümayəndələrini bu baxımdan mövqe nümayiş etdirməyə çağırdı, konfransın işinə uğurlar arzulayıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında dünyada ədalət prinsipindən danışıb. Milli Məclis ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasındakı əməkdaşlıqdan söz açan B. muradova söyləyib ki, bu əməkdaşlıq vətəndaşla parlament arasındakı münasibətlərin tənzimlənməsində mühüm rola malikdir.

Tədbir müzakirələr əsasında davam edir

Bütün xəbərlər Facebook səhifəmizdə