Fəzail Ağamalı: “Xaricdən gələn meyvə-tərəvəzlərə rüsum artırılmalıdır”
"Azərbaycana xaricdən gələn meyvə-tərəvəz məhsullarına tətbiq edilən rüsum artırılmalıdır. SİA-nın məlumatına görə, bu təkliflə millət vəkili Fəzail Ağamalı Milli Məclisdə "Azərbaycan Respublikası 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
F. Ağamalı deyib ki, Azərbaycan özünü meyvə-tərəvəzə olan tələbatını tamamilə ödəmək imkanına malikdir: "Lakin xaricdən gələn meyvə-tərəvəzlərə tətbiq edilən rüsumun az olması ölkə daxilində istehsal olunan həmin məhsulların dayanıqlığını xeyli dərəcədə aşağı salır və Azərbaycan fermerləri bu rəqabətdən kifayət qədər uduzmuş olur. Daxili bazarın qorunması üçün bunu gələcəkdə nəzərə almaq zəruridir".
Kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilməsinin vacib olduğunu deyən F. Ağamalı bildirib ki, sənaye üsulu ilə istehsal olunan məhsulların kommunikasiya xidmətlərinə güzəştlər tətbiq olunmalı, emal müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilməli və bu emal müəssisələrinə güzəştlər tətbiq edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB