"Qarşı duran tərəflər ATƏT-in nümayəndələrinin helikopterin düşdüyü yerdə monitorinq aparmağa təhlükəsizlik zəmanəti vermədilər". SİA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, bunu Qarabağda separatçı rejimin televiziyasına açıqlamasında ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik deyib.
"Biz helikopterin düşdüyü yerdə ATƏT-in monitorinqini keçirməyə çalışdıq. Amma rəsmi Bakı buna icazə vermədi. Səbəb kimi təhlükəsizliyimizə təminatın olmadığını, cəbhədə vəziyyətin gərgin olduğunu göstərdilər", - deyə bildirən ATƏT sədrinin şəxsi nümayəndəsi əlavə edib ki, aparılacaq monitorinq əvvəlcədən planlaşdırılır və tərəflərə bu barədə rəsmi müraciət göndərilir: "Amma monitorinqin aparılması ilə bağlı ərizə helikopter hadisəsindən əvvəl verilib. Hadisədən sonra mən istədim ki, həmin ərazidə monitorinq aparım, mənim Azərbaycandakı həmkarım bildirdi ki həmin yerdə vəziyyət çox gərgindir. Təhlükəsizliyimə təminat verə bilməzlər".
Kasprşik açıqlaması ilə Ermənistanın "ATƏT-in şəxsi nümayəndəsi helikopterin vurulduğu yerdə olub" təxribat xarakterli məlumatını təkzib edib.
Kasprşik erməniləri inandırmağa çalışıb ki, bu iş üzərində ciddi addımlar atır: "Mən ermənilərin narahatlığını başa düşürəm. İnanırıq ki, tezliklə helikopterin vurulduğu yerə gedəcəyik. Bu həftə Bakıda bununla bağlı məsələ müzakirə olunacaq".
P.S. Azərbaycan vətəndaşları da inanır ki, Anjey Kasprşik bu canfəşanlığını erməni helikopterindən fərqli olaraq Kəlbəcərə ata-anasının qəbrini ziyarət etməyə gedərkən separatçı rejimin silahlıları tərəfindən ələ keçirilmiş və bu yaxınlarda biyabırçı məhkəməyə çəkilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevə də göstərəcək, tərəfsiz olduğunu sübut edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB