Bakıda "Great Wall" avtomobillərinin yeni modeli satışa çıxarılıb. SİA-nın məlumatına görə, bu haqda "Great Wall Bakı Azerbaijan"nın satış meneceri Elçin Muqumov bildirib. "Wingle 6" modeli pikap tiplidir. Dizel motorlu "Wingle 6" 17 300 manat, benzin motorlu isə 19300 manata satılır. 2.4 dizel mühərrikli avtomobil 100 kilometr üçün 7,4 litr, benzin mühərrikli isə eyni məsafəyə 11,3 litr yanacaq sərf edir.
Satış meneceri bildirib ki, bu avtomobilləri həm nəğd, həm də kreditlə almaq mümkündür. E. Muqumov yeni modellərin gətirilməsinin "Great Wall" avtomobillərinin qiymətində hər hansı bir dəyişikliyə səbəb olmadığını da əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB