Ədliyyə orqanlarına qəbul imtahanı keçirilir

Ədliyyə orqanlarına qəbul imtahanı keçirilir

Ədliyyə orqanlarında qulluğa qəbul məqsədilə test imtahanı keçirilir. SİA-nın xəbərinə görə, test imtahanı TQDK ilə birlikdə bütün namizədlər üçün Azərbaycan Texniki Universitetinin idman sarayında vahid auditoriyada keçirilir. Tədbirin gedişi Ədliyyə Nazirliyinin internet səhifəsi vasitəsilə "online" rejimində barbaşa yayımlanır. 3 saat davam edəcək imtahanda namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünya görüşü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarətdir. Test imtahanının yekununa görə, mümkün 100 baldan 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur.

Test imtahanının nəticələri imtahandan dərhal sonra Ədliyyə Nazirliyinin və TQDK-nın internet səhifələrində, həmçinin nazirliyin aparatında xüsusi lövhələrdə yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə