Naxçıvanda “Beynəlxalq tələbə həftəsi” yarışlarının qalibləri mükafatlandırılıb

Naxçıvanda “Beynəlxalq tələbə həftəsi” yarışlarının qalibləri mükafatlandırılıb

"Beynəlxalq tələbə həftəsi" ilə əlaqədar Naxçıvan Muxtar Respublikasındakı ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən yarışlara yekun vurulub. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışların qaliblərinin mükafatlandırılması mərasimi olub.

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində təşkil edilən mükafatlandırılma mərasimində əvvəlcə qonaqlara "Beynəlxalq tələbə həftəsi" ilə bağlı ətraflı məlumat verilib.

Sonra muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov, Ali Məclisin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev həftə ərzində keçirilən yarışların qaliblərinə mükafatları təqdim ediblər.

"Beynəlxalq tələbə həftəsi" çərçivəsində Naxçıvanda badminton, şahmat, voleybol üzrə yarışlarla yanaşı, şən və hazırcavablar klubları arasında müsabiqə, intellektual oyun, "Müasir Azərbaycanın gəncliyi" adlı rəsm müsabiqəsi təşkil olunub.azərtac

Bütün xəbərlər Facebook səhifəmizdə