Dilqəm Əsgərovun və Şahbaz Quliyevin taleyinə biganə yanaşmamaq çağırışı
Polşada təhsil alan azərbaycanlı gənclər və diasporumuzun üzvləri Varşavada, Helsinki İnsan Haqları Fondunun qarşısında nümayiş keçirərək bu təşkilatı Kəlbəcərdə Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlıların taleyinə biganə yanaşmamağa çağırıblar.
Azərbaycanın Polşadakı səfirliyindən bildiriblər ki, nümayiş iştirakçıları əllərində "Helsinki Fondu, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin haqlarını qoru" sözləri qeyd olunan plakatlar tutublar.
Azərbaycanlı gənclər Dilqəm Əsgərovun və Şahbaz Quliyevin əsir götürülmələri ilə bağlı həqiqəti əks etdirən məktubu Helsinki İnsan Haqları Fondunun əməkdaşına təqdim ediblər. AzərTAc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB