Millət vəkili: "Vergidən yayınma hallarına son qoymağın vaxtı çatıb"
"Son illər kirayə verilən evlərlə bağlı məsələ çiçəklənmə dövrünü yaşayır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Rafael Cəbrayılov deyib.
Millət vəkili söyləyib ki, bu sahə son illər inkişaf etsə də, kirayə ev verənlərin vergi verməsinin şahidi olmayıb: "Vergidən yayınma halları restoran, şadlıq evləri sahibləri və şou biznes nümayəndələri arasında da var. Onların gəlirləri ilə ödədikləri vergi arasında fərq çox böyükdür. Artıq Azərbaycanda da vergidən yayınma hallarına son qoymağın vaxtı çatıb".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB