Dövlət qurumlarında işə qəbul üçün müəyyən edilən yaş həddinin artırılması təklif edilir
Azərbaycanda dövlət qurumlarında işə qəbul üçün müəyyən edilən yaş həddinin artırılması təklif edilir. SİA-nın məlumatına görə, bu təkliflə millət vəkili İqbal Ağazadə Milli Məclisdə "Azərbaycan Respublikası 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsin zamanı çıxışında deyib.
O qeyd edib ki, dövlət qurumlarında işə düzəlmək üçün sınaq imtahanlarında yaş həddi 30-dur: "Azərbaycanda pensiya üçün yaş həddi kişilər üçün 63, qadınlar üçün isə 59 olduğu halda, 30 yaşadan sonra məhdudiyyət qoyulması düzgün deyil. Hesab edirəm ki, dövlət qurumları bunu nəzərə almalıdır".
Millət vəkili çıxışı zamanı siyasi partiyalara ayrılan vəasitin artırılmasını təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB