Azay Quliyev: "Şuranın büdcəsi 10 milyon manata qədər artırılsın" TƏKLİF
"Azərbaycan qeyri-hökumət təşkilatlarının xarici donorlardan asılılığı tam aradan qaldırılmalıdır". SİA-nın xəbərinə görə, bu təkliflə millət vəkili Azay Quliyev Milli Məclisdə "Azərbaycan Respublikası 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklik edildiyini deyən A. Quliyev qeyd edib ki, QHT sektorunun maliyyəsinin təqribən 35 faizi, yəni 23.5 milyon manatı xarici donorlardan gəlir: "Bu donorların fəaliyyəti isə şəffaf deyil və eyni zamanda Azərbaycanda sabitlik və təhlükəsizlik üçün bir təhdiddir. Bu baxımdan QHT-lərin xarici donorlardan asılılığını tam aradan qaldırılması üçün tədbirlərin görülməsi vaxtı çatıb".
A.Quliyev Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının büdcəsinin artırılmasını təklif edib. O bildirib ki, ikin mərhələdə Şuranın büdcəsinin 10 milyon manata qədər artırılması məqsədəuyğun olardı.
Milli Məclisin sədri Oqtay Əsədov da A.Quliyevin təklifini müsbət qiymətləndirib və Şuranın büdcəsinin artırılmasını məqsədəuyğun hesab edib.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB