Sürücülərə pis xəbər! Bu küçələr bağlı olacaq

Sürücülərə pis xəbər! Bu küçələr bağlı olacaq

Bu axşam saat 22:00-da Bakının üç küçəsində hərəkət qismən məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin SİA-ya verdiyi xəbərə görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması (xətlənməsi) ilə əlaqədar M. Lermontov, Teymur Elçin və Mehdi Hüseyn küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

İşlər yaxın bir neçə saat ərzində başa çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə