Məhkumların saxlanma şəraiti yoxlanıldı

Məhkumların saxlanma şəraiti yoxlanıldı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) və 3 saylı İstintaq Təcridxanasında başçəkmə həyata keçiriblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, başçəkmə zamanı Ombudsmanın nümayəndələri 7 saylı CÇM-nin cərimə təcridxanasında saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.

MPQ üzvlərinin cərimə təcridxanasında saxlanılan şəxslərlə (23 nəfər) apardığı konfidensial söhbət zamanı həmin şəxslər müəssisədəki saxlanma şəraiti və rəftarla bağlı şikayət etməyiblər.

Cərimə təcridxanasında əsaslı təmir işlərinin aparılmasının zəruriliyi ilə bağlı Ombudsman tərəfindən Ədliyyə Nazirliyinə müraciət edilib.

Müvəkkilin ünvanına daxil olmuş müraciətlərin yerində araşdırılması məqsədilə Ombudsmanın nümayəndələri həmin gün Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında da olublar. Qəbul edilən şəxslərə qaldırdıqları məsələlərlə bağlı Ombudsmanın səlahiyyətləri izah edilib, hüquqi məsləhətlər verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə