"Sabah keçiriləcək sərgiyə 11 ölkə nümayəndəsi qatılacaq. Ətraf mühitin sağlamlaşdırılması, yaşıl iqtisadiyyat və digər sahələrlə bağlı görüşlər keçiriləcək. Buna görə də, tədbirin böyük əhəmiyyət daşıdığına inanırıq". Bu sözləri bu gün "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" 5- ci Yubiley Beynəlxalq Ətraf Mühit Sərgisi ilə bağlı keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə deyib.
Onun sözlərinə görə, 5-ci dəfə keçiriləcək sərgiyə qatılan ölkələrlə əlaqələrimiz daha da genişləndirilir: "Bu günə qədər iştirakçı ölkələrlə geniş əməkdaşlıq etmişik. Su hövzələrinin təmizlənməsi və digər sahələrdə işlər aparılıb. Sabahkı sərgidə konkret nəticələr əldə ediləcəyinə ümid edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB