5-ci ətraf mühit sərgisinə start veriləcək

5-ci ətraf mühit sərgisinə start veriləcək

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə sabah "Bakı Ekspo Mərkəzi"ndə "Xəzər Ətraf Mühit üçün Texnologiyalar" 5-ci Yubiley Beynəlxalq Ətraf Mühit Sərgisi ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə, İtesa Kaspian Şirkətinin direktoru Fərid Məmmədov, şirkətin sərgi meneceri Jalə Məmmədova iştirak edib. Çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə qeyd edib ki, sabah başlayacaq sərgidə 77 şirkət iştirak edəcək. 11 ölkənin təmsil ediləcəyi sərgi siyahısına ekologiya sahəsində son illərdə geniş işlər həyata keçirmiş Azərbaycan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Danimarka, İtaliya , İsveç, Rusiya və Türkiyə də daxildir.

Bu il keçiriləcək sərginin 40 % iştirakçısı debutant şirkətlərdir. Buraya həm yerli həm də xarici şirkətlər daxildir. Sərginin fərqləndirici cəhəti çirkab suların turşulu qatışıqlar və ağır metallardan təmizlənməsi, suvarma üçün kənd təsərrüfatında və istehsalda təkrar istifadə məqsədilə radioaktiv suların təmizlənməsi sistemləri üzrə xarici ekspozisiyaların artmasıdır.

Qeyd edək ki, sərgiyə sabah saat 11-də start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə