Dövlət sərhədini pozmağa cəhd göstərən 23 nəfər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən 23 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən oktyabr ayında Azərbaycanın dövlət sərhədini pozduqları üçün 21 halda 23 nəfər saxlanılıb. Bu barədə SİA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib. Saxlanılanların 10 nəfəri Azərbaycan, 6 nəfəri Özbəkistan, 2 nəfəri İran, 2 nəfəri Türkiyə, 1 nəfəri Gürcüstan, 1 nəfəri Tacikistan və 1 nəfəri Ukrayna vətəndaşı olub.

Sərhəd rejim qaydalarını pozarkən quru sərhədlərində 7 halda 10 nəfər, Xəzər dənizində 19 halda 26 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 226 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Ay ərzində 52 halda ümumi dəyəri təqribən 203 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd avtomat silah, 2 ədəd avtomat silahın darağı, 57 ədəd patron, 1 ədəd qumbara atan silah, 1 ədəd pnevmatik tapança, 7775 qutu müxtəlif markalı siqaret, 163 ədəd müxtəlif ölçülü araq, 73 kiloqram nərə balığı, 5 kiloqram qara kürü, 17740 ədəd pirotexniki vasitələr, 3 ədəd qayıq, 400 metr balıq tutmaq üçün tor, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə