Sabah hava yağıntılı olacaq PROQNOZ

Sabah hava yağıntılı olacaq PROQNOZ

Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin müşahidə ediləcək. Şimal və şərq rayonlarında isə havanın yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə