Tənzilə Rüstəmxanlı: “Bizim seriallara baxanda adamın əti tökülür”
"Yəhudilər "Pianoçu" filmi ilə öz faciələrini bütün dünyaya bir göz qırpımında çatdırdılar. Türklər hər hansı bir fərdin, cəmiyyətin, toplumun ağrı-acılarını, insanın yaşadıqlarını seriallarda xüsusi çalarlarla tamaşaçılara çatdırırlar. Bizim seriallara baxanda isə adamın əti tökülür, o qədər şit və duzsuzdur ki, insan utanır. Televiziya rəhbərləri yalnız biznes maraqlarını güdürlər, yüngül həyat tərzi sürənləri efirə çıxarıb milləti heçə sayırlar, mənasız reklamlarla yalnız öz ciblərini güdürlər. Onlar dövlətimizin, Cənab Prezidentimizin göstərdiyi etimadı doğrultmalıdırlar. Serial xətrinə serial çəkməsinlər".
Bu fikirləri SİA-ya açıqlamasında "Azəri-Türk Qadınları" İctimai Birliyinin sədri Təznilə Rüstəmxanlı bildirib.
Azərbaycan teleməkanında yayımlanan verilişlərin, həmçinin telekanalların çəkdiyi serialların keyfiyyəti ilə bağlı məsələyə münasibət bildirən T. Rüstəmxanlı qeyd edib ki, televiziya verilişlərimizdə Azərbaycan dilini ayaqlarının altına alıb tapdayırlar: "Aparıcılar ağzına gələni danışırlar, heç onların normal təhsilləri də yoxdur, özlərindən böyük insanlarla ədəbsiz formada davranırlar, on milyonluq xalqın gözünün içinə baxa-baxa çılpaq şəkildə gəlib efirdə otururlar. Bu nə qədər davam edəcək? Televiziya rəhbərləri hara baxır? Onların marağı nədir bunda? Onlar nə üçün yüngül əxlaqlı insanları bizlərə nümunə kimi təqdim edirlər? Nə üçün insanların ail-məişət problemlərini efirə çxardıb insanları biabır edirlər? Nə üçün səviyyəsiz reklamlar verirlər? Təbii ki, pula görə. Heç olmasa gün ərzində bircə dəfə vətənpərvərlik verilişləri versinlər, cəmiyyətdə sorğular keçirib maarifləndirmə işləri aparsınlar. Bizim telekanallarda səhərdən axşama qədər yemək bişirirlər, axşam da ağlaşma proqramları başlayır. Milləti niyə bu günə qoyursuz? Dövlət başçımız hər sahəyə olduğu kimi, kino sahəsinə də xüsusi diqqət göstərir. Amma sizlər nə edirsiz? Serialların çəkilişinə ayrılan vəsaitlə düşük filmlər, heç kimə lazım olmayan seriallar çəkirsiz. Yəhudilər, türklər, amerikanlar ayrılan bu qədər vəsaitlə dünyanı tərpədən filmər çəkərdilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB