Şəmkirin rayonuna 2 milyon manat ayrılıb

Şəmkirin rayonuna 2 milyon manat ayrılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də "Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sərəncama əsasən Şəmkir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsinin, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin təmin edilməsi və rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Şəmkir Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə