Ombudsmanın təşəbbüsü ilə treninq keçirilib

Ombudsmanın təşəbbüsü ilə treninq keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) insan hüquqları sahəsində yeni mexanizm olan Universal Dövri İcmal (UDİ) üzrə tövsiyələrin icrasına müstəqil monitorinq mexanizmi kimi nəzarəti həyata keçirir və bu məqsədlə mütəmadi olaraq həm səlahiyyətli dövlət qurumları, həm də vətəndaş cəmiyyəti təsisatları ilə birgə müzakirələr, məsləhətləşmələr təşkil edir. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Azərbaycan hökumətinin UDİ üzrə ikinci hesabatına dair tövsiyələri nəzərə alınaraq, Ombudsmanın təşəbbüsü ilə BMT-nin Əhali Fondu ilə birlikdə "Cinsi və reproduktiv sağlamlıq hüquqları üzrə bacarıqların artırılması" mövzusunda treninq keçirilib.

Treninqə müvafiq dövlət qurumlarının, QHT və icmaların nümayəndələri qatılıblar.

Ombudsman Aparatının şöbə müdiri Zaur Əliyev və sektor müdiri Rəşid Rumzadə bu maarifləndirmə tədbirində ekspert qismində iştirak ediblər.

Treninqdə Universal Dövri İcmal prosesi, dövlətin məruzəsi, UDİ prosesi çərçivəsində Azərbaycanın dövri məruzələri, həmin məruzələrin strukturu, o cümlədən dövlətin ikinci məruzəsinə dair tövsiyələr üzrə qarşıda duran vəzifələr, qadın hüquqlarının təşviqinin genişləndirilməsi, qadınlara qarşı ayrı-seçkiliklə bağlı stereotiplərin aradan qaldırılması, gender bərabərliyi və qadın iştirakçılığının təmini, reproduktiv sağlamlıq üzrə milli strategiya, habelə qadınlara və uşaqlara qayğı göstərilməsində səmərəli səhiyyə xidmətləri kimi öhdəliklər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə