MQF-dan helikopter bəyanatı

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmuş erməni helikopteri ilə əlaqədar bəyanat yayıb. SİA-nın xəbərinə görə, bəyanatda deyilir: "Azərbaycan dövləti və ictimayyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün beynalxalq normaları üstün tutaraq analoqu olmayan səbr və tolerantlıq nümayiş etdirməklə bu münaqişənin beynalxalq hüquq normaları çərçivəsində öz həllini tampası üçün 20 ildən artıqdır ki, gözləmə mövqeyindədir. Lakin əfsuslar olsun ki, hər dəfə bu konfliktin həlli istiqamətində beynəlxalq birlik tərəfindən hər hansı bir ciddi səy göstərilərkən Ermənistan separatçı silahlı qüvvələri Azərbaycanın suveren ərazilərində ordu təlimlərinə başlayır. Buna misal Ermənistanın cari ilin 6 noyabr tarixindən başlayaraq 40 minlik ordu ilə bir neçə gün ərzində davamlı olaraq məqsədli şəkildə təxribatçı uçuşlar həyata keçirməsidi. Azərbaycan Respublikası müstəqil bir dövlətdir və Azərbaycanın ərazi bütövlüyü bütün dövlətlər tərəfindən tanınıb. Azərbaycan ərazilərinə işğal məqsədi ilə hər hansı bir hücumun qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən tam qətiyətlə alınacaq. İşğal olunmuş ərazidə - yəni Ağdam rayonunun Kəngərli ərazisində Azərbaycanın hava səhərədlərini pozan Ermənistan separatçı silahlı qüvvələrinə məxsus olan helikopterin məhv edilməsi hərb qanunlarına tam uyğundur. Azərbaycan dövləti dəfələrlə bütün dünyaya bəyan edib ki, əgər erməni separatçı rejimi öz işğalçı siyasətindən əl çəkməzsə, Azərbaycanın Silahlı Qüvvələri Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını hərbi yolla azad etmək hüququna malikdir. Yaranmış vəziyyətlə bağlı Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması sahəsində ATƏT-in Minsk qrupunun 20 ildən artıq fəaliyyətinə baxmayaraq, demək olar ki, bu günə qədər konfliktin həlli istiqamətində heç bir nəticə yoxdur. Regionda bu konfliktin hələ də həll olunmaması artıq real təhlükə mənbəyinə çevirilib və bu konfliktin uzun illər regionda sülhə və sabitliyə mane olan, minlərlə insanın məhvinə, daimi yaşayış yerlərinin itirilməsinə, terrorizmə, narkotiklərin yayılmasına və radikal separatçılığa səbəb olmuş işğalçı Ermənistana və Dağlıq Qarabağın separatçı rejiminə kömək kimi Azərbaycan ictimayyəti tərəfindən qiymətləndirilir. Ermənistanın qeyri konstruktiv və təxribatçı mövqeyi , bütövlükdə ədalətli və uzunmüddətli sülhün bərpasını təhlükə altına alır. Təəssüf hissi ilə bildiririk ki, həmişə demokratiyanın və insan hüquqlarının müdafiəçisi kimi çıxış edən beynalxalq təşkilatlar və bəzi dövlətlərin rəhbərləri dünya ictimayyətinin eyni zamanda Azərbaycan vətəndaşlarının gözündə ikili standartlarla, etnik lobbilərin təsiri altında fəaliyyət göstərən dövlətlər imici qazandırır.

Bir daha bəyən edirik ki, Azərbaycan dövlətinin və beynəlxalq nəzarətin olmadığı münaqişə zonası olan Azərbaycan torpağı Dağlıq Qarabağda bu kimi təxribatları hərbi məqsədlərlə, təcavüzün genişləndirilməsinə və yeni terrorçuluq aktlarının törədilməsinə yönəldilməyəcəyinə heç bir zəmanət yoxdur.

Biz, vətəndaş cəmiyyəti təmsilçiləri olaraq bu bəyanatı bütün dünya xalqlarının diqqətinə bir daha çatdırmaqla, inanırıq ki, dünya dövlətləri və Minsk qrupunun həmsədri olan dövlətlərin rəhbərləri nəhayət qanunsuz erməni separatçı rejiminin Azərbaycan dövlətinə qarşı apardığı işğalçılıq siyasətinin qarşısını alınmasında ciddi addımlar atacaq, Azərbacan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında öz səylərini artıracaq və bu konfliktin beynalxalq hüquq normaları çərçivəsində həll olunmasına nail olacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə