Vergilər Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birgə noyabr ayının 16-da Bakı Dövlət Universitetinin inzibati binasında "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında" Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Nazirlikdən SİA-ya verilən məlumata görə, test imtahanında iştirak etmək üçün elektron ərizə ilə müraciət edən 1936 nəfərdən 1717-nin sənədləri qəbul olunub, imtahanda 1373 nəfər iştirak edib. 3 saat davam edən test imtahanı zamanı namizədlər Vergilər Nazirliyinin müvafiq test bankından seçilmiş hüquq və ixtisas sahələri üzrə 80, informatika və məntiq üzrə isə TQDK tərəfindən tərtib olunan 20, cəmi 100 sualı cavablandırıblar. İmtahanda iştirak edən namizədlərdən 288 nəfəri müsabiqə şərtini ödəyərək - 70 və daha yüksək bal toplayaraq növbəti mərhələyə - müsahibəyə buraxılıb.
Növbəti mərhələdə namizədlər Vergilər Nazirliyinin müsabiqə komissiyası tərəfindən təşkil olunan müsahibədən keçməlidirlər. Bu mərhələdən də uğurla keçənlər namizədlər vergi orqanlarında işlə təmin olunmaq imkanı əldə edəcəklər. Müsahibənin dəqiq vaxtı və nəticələri barədə Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və kütləvi informasiya vasitələrində məlumat veriləcək.
Qeyd edək ki, indiyədək keçirilən 9 müsabiqə nəticəsində vergi xidmətinə 1000 nəfərdən çox gənc işə qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB