Bakıda Uşaqların III Ümumrespublika Forumu keçirilir. SİA-nın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilən forumda 350 nəfərə yaxın uşaq, həmçinin xüsusi istedada malik, xüsusi qayğıya ehtiyacı olan, digər millətlərdən, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar iştirak edirlər.
Tədbirdə Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxunub. Məktubu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.
Tədbirdə uşaq siyasəti ilə bağlı film nümayiş olunub.
Forumda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova forumun əhəmiyyətindən danışıb. O bildirib ki, forum vasitəsilə hər bir uşaq onu düşündürən, narahat edən məsələləri dilə gətirmək imkanına malikdir.
Daha sonra söz alan Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, uşaqlara göstərilən diqqət və qayğıdan danışıb.
Tədbir müzakirələr əsasında davam edir.
Qeyd edək ki, sonda Forum iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB