ARGTMŞ bələdiyyə seçkiləri ilə bağlı dəyirmi masa keçirib FOTOLAR

ARGTMŞ bələdiyyə seçkiləri ilə bağlı dəyirmi masa keçirib FOTOLAR

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən "Gənclər Evi"ndə 2014-cü ilin dekabr ayında həyata keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı dəyirmi masa təşkil olunub. SİA-nın məlumatına görə, tədbirdə ARGTMŞ-nın sədri Şahin Seyidzadə və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın rəhbəri Nürəddin Mehdiyev, ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərləri və fəalları ilə görüşüb.

Tədbir 2014-cü ilin dekabr ayında baş tutacaq bələdiyyə seçkiləri ilə bağlı gənclər təşkilatların rəhbərləri və fəal gənclərinin bələdiyyə seçkiləri ilə bağlı məlumatlılığının artırılması məqsədi ilə təşkil olunub.

Tədbir zamanı İctimai Şuranın sədri iştirakçılara bələdiyyə seçkilərinin mahiyyəti və bu barədə qanunvericiliyin müvafiq maddələri haqqında məlumat verib, bələdiyyə seçkilərində gənclər təşkilatlarının fəal iştirakının vacibliyini vurğulayıb. ARGTMŞ-nın sədri təşkilatın üzvü olan gənclər təşkilatları tərəfindən gənclərin qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı biliklərinin artırılması və onların bədəiyyə seçkilərində yaxından iştirakına dəstək olmalarının zəruri olduğunu qeyd edib.

Tədbir qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə