Mübariz Qurbanlı: "ATƏT hər il ən tolerant ölkə müsabiqəsi keçirsin" TƏKLİF
"Bu gün dünyada din amili mühüm rol oynayır. Əslində bütün səmavi dinlər tolerantlığa, sülhə, dözümlülüyə çağırır. Amma bəzən bundan sui-istifadə edilir. Ona görə bu gün tolerantlığı təşviq etmək ən mühüm çağırışlardan biridir". SİA-nın xəbərinə görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda dini toleratlıqla bağlı keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, hazırda dünyanın 30 ölkəsində müxtəlif zəmində müharibə və toqquşmalar davam edir: "Onların 12-si dini zəmində baş verir. Dini tolerantlıq dedikdə bu yalnız dinlərarası yox, dinlər daxili məsələyə də aid edilməldir. Dinlər daxilində radikalizm, ekstremizmlə mübarizə güclənməlidir. Radikalizm təkcə İslam dininə aid edilməməlidir. Bu, özünü xristianlıq, buddizmdə də göstərir. Tolerantlıq dünyanın ən alternativ seçimlərindən biridir və harada multikulturalizm varsa, orada tolerantlıq da olmalıdır. Biz kiçilən dünyada tolerantlığı daha geniş təşviq etməliyik".
M. Qurbanlı vurğulayıb ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda tolerantlıq Azərbaycan vətəndaşları üçün həm də mənəvi öhdəlikdir: "Bu, bizdə qanunla tənzimlənsə də, həm də xalqın qan yaddaşındadır, onun tələbatıdır. Baxmayaraq ki, Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb, Bakıda erməni kilsəsi qalmaqda davam edir. Azərbaycanda yəhudi ravvinlə müsəlman axund bir yerdə oturub çay içir, müzakirələr aparır. ATƏT hər il ən tolerant ölkə müsabiqəsi keçirsin, bu istiqamətdə araşdırmalar aparsın. Mən əminəm ki, bu araşdırma və müsabiqələrdə Azərbaycan birinci yeri tutacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB