Noyabrın 13-dən 16-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədi ilə respublika ərazisində növbəti reydlər keçirilib. ETSN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, reyd zamanı Siyəzən rayonunun Çarax kəndi ərazisində ov edən kənd sakinləri Rövşən Pircanov və Amil Quliyev saxlanılıb. Onlardan 2 ov tüfəngi, 12 patron götürülərək barələrində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib. Qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə olunub.
Şərbətqobu ovçuluq təsərrüfatının ərazisində isə qanunsuz ovla məşğul olan Beyləqan rayonunun Mil qəsəbəsi sakini Namiq Məmmədov saxlanılaraq ondan 1 ov tüfəngi, 4 patron və 2 ovlanmış dovşan götürülüb. Qanun pozucusu barəsində akt və protokollar tərtib edilərək, 1200 manat məbləğində cərimə olunub.
Eyni zamanda, Bərdə, İmişli və Fizuli rayonları ərazisində qanunsuz ov edən 4 naməlum şəxs saxlanılıb. Faktla bağlı akt tərtib olunaraq həmin şəxslərdən 4 ov tüfəngi, 21 patron götürülüb.
Reydlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB