Azərbaycanda İran vətəndaşından xeyli miqdarda narkotik götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, noyabrın 15-də Biləsuvar Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Amankənd kəndinin ərazisində İran İslam Respublikasının vətəndaşı Həmid Qureyşi Mirətadan 5 kiloqram tiryək götürülüb.
Bundan başqa, Biləsuvar Rayon Polis Şöbəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində Yardımlı rayonunun Pirembel kəndi ərazisində Bakı şəhər sakini Əziməmməd Məmmədovdan 1 kiloqram tiryək və 6 kiloqram həşiş qatranı götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB