Bakıda dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfrans keçirilir. SİA-nın xəbərinə görə, konfrans ATƏT-in Bakı Layihə Əlaqələndiricisi ofisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə keçirilir. Konfransda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların, dini icmaların, vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri, eləcə də beynəlxalq ekspertlər iştirak edir.
Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətini oxuyub.
daha sonra söz alan ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski qeyd edib ki, ATƏT demokratik cəmiyyətin qurulmasında dialoqun təşviqini dəstəkləyir. Onun sözlərinə görə, həmçinin ATƏT regionunda nifrət zəminində cinayətlərə və çıxışlara qarşı qəti mövqe tutur.
tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, tolerantlıq və multikultural mədəniyyət hər bir dövləti gücləndirən və onun birliyini təmin edən əsas amildir.
Konfransda dini tolerantlığın Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda mövcud olan çağırışlar, demokratik cəmiyyətdə dinlərarası dialoqun rolu, qloballaşan dünyada dini radikallaşma meyllərinin qarşısının alınması yolları müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB