"Ölkəmizi tanıyaq" devizi ilə keçirilən tur-aksiya çərçivəsində Qarabağ bölgəsində olan Bakının Nərimanov rayonundakı 193 nömrəli məktəbin 11-ci sinif şagirdi Sabir Məhərrəmov təəssüratlarını AzərTAc-ın müxbiri ilə bölüşüb.
O deyib: "Füzuli rayonundan sonra Ağdam rayonu ilə tanış olduq. Səfər zamanı fərqli hisslər yaşadıq. Çünki Qarabağ xalqımızın ağrılı yeridir. Bu qədim türk yurdunun bir hissəsi hazırda işğal altındadır. Lakin Qarabağın işğal olunmayan hissəsində gedən sürətli inkişaf, quruculuq işləri, ordumuzun mətnliyi, yerli əhalinin Vətən sevgisi məni sevindirdi. Qoy mənfur düşmən bilsin ki, Qarabağ həmişə bizim olub, yenə də bizim olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB