Hərbiçilərimiz NATO qərargah zabitləri üçün kursda iştirak edəcəklər
Noyabrın 17-dən 18-dək Heydər Əliyev adına Hərbi Liseyin nümayəndə heyəti Ankarada Türkiyə Quru Qoşunları Hərbi Məktəbinə tanışlıq səfəri edəcəklər. Noyabrın 17-dən 21-dək Oberammerqau şəhərində (Almaniya) NATO qərargah zabitləri üçün tanışlıq kursu və Heydər Əliyev adına Hərbi Liseydən nümayəndə heyətinin İstanbulda Türkiyə Kuleli Liseyini ziyarəti planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB