Mağazadan oğurluq edən qadın tutulub

Mağazadan oğurluq edən qadın tutulub

Bakı şəhər Baş Polis İdarəsi və Yevlax şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 19-da M. Cəlal küçəsində yerləşən mağazadan oğurluqda şübhəli bilinən, Yevlax rayon sakini 1962-ci il təvəllüdlü İmarət Nadirova tutulub. SİA-nın məlumatına görə, onun haqqında artıq məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib və istintaq işləri başlanılıb.

İstintaq orqanları bu şəxsin digər cinayət əməllərinin olub-olmadığını da müəyyənləşdirəcək. Əgər onun digər cinayət əməllərinin olması barədə məlumatınız varsa, Bakı şəhər Baş Polis İdarəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

Qeyd edək ki, təqsirləndirilən şəxs haqqında bundan öncə də cinayət işi açılıb və məhkəmənin qərarı ilə müvafiq maddə ilə cəzalandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə