14.11.2014-cü il tarixində saat 07:20-də təxminən 35-40 yaşlarında, özünü Ramin kimi təqdim edən şəxs qarın boşluğunun deşilmiş-kəsilmiş yarası diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına daxil olub və orada dünyasını dəyişib. SİA-nın məlumatına görə, meyit müayinə olunması üçün MTE-nə təhvil verilib.
Araşdırma zamanı qətlə yetirilmiş şəxsin 13.06.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Xətai rayonu Gəncə prospekti ev 54 mənzil 75 -də qeydiyyatda olan Bədəlov Kamil Sürət oğlu olması müəyyən olunub. Bakı şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kamil Bədəlovu qətlə yetirmiş şəxsin 07.06.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Xətai rayonu Gəncə prospekti ev 89 mənzil 27-də qeydiyyatda olan Əhmədov Ədalət Fizuli oğlu olması müəyyən olunub, Qazax rayonunun "Sınıq Körpü" adlanan ərazidə saxlanılaraq Bakı şəhərinə gətirilib.
Ə.Əhmədov törətmiş olduğu cinayət əməlini etiraf edib. O hadisəni Sabunçu rayonu, Nardaran qəsəbəsində dəniz kənarında törətdiyini bildirib. Ə.Əhmədov K.Bədəlovla öncədən aralarında yaranmış anlaşılmazlığa görə dəniz kənarında görüşdüklərini, K.Bədəlovu özünün çıxardığı bıçaqla vurduğunu, hadisədən sonra K.Bədəlovun qaçaraq uzaqlaşdığını deyib. Bildirib ki, səhəri gün K.Bədəlova zəng edib və telefonu götürən polis əməkdaşı onun öldüyünü deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB