“Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirilib
Beynəlxalq Tolerantlıq Günü münasibətilə Bakı Beynəlxalq Multikultiralizm Mərkəzi tərəfindən "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masanın açılışında çıxış edən BBMM-nin icraçı direktoru Azad Məmmədov bildirib ki, Azərbaycan dünyada humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır: "Multikulturalizm Azərbaycanda əsrlərdir mövcud olan, lakin bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud idi. Bu gün isə bu, ölkədə alternativi olmayan həyat tərzinə çevrilib. Azərbaycan tarixən müxtəlif xalqların və din nümayəndələrinin birgə yaşadığı məkan olub".
Tədbirdə çıxış edən Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla bildirib ki, bütün dünyada qeyd edilən Beynəlxalq Tolerantlıq gününün Azərbaycanda da qeyd edilməsi onun haqqıdır: "Bakı Beynəlxalq Multikultiralizm Mərkəzi yaradılarkən qarşıya real vəzifələr qoyub. Azərbaycanda bu gün bütün dünyaya örnək olacaq multukultiral mühit yaradılıb. Ölkədə bir çox təhlükəsizlik prinsipləri həyata keçirilib. Bunlardan əsası da multukurtural təhkükəsizlikdir. Bu gün Azərbaycanda xalqa arxalanaraq multukultural rejimin inkişaf etdirilməsi və başqa ölkələrə örnək kimi çatdırmaq mümkündür. Azərbaycanda dini, milli müstəvidə həll edilə bilməyəcək heç bir məsələ yoxdur. Azərbaycan siyasəti, dövlətçiliyinin prinsipləri bu şəkildə qurulub və inkişaf etdirilir. Nəticədə hazırda ölkəmiz dünyada öz sözü, yeri, potensialı və inkişaf hədəfləri olan bir dövlətdir. Bizim hədəfimiz aydındır və söz xatirinə söz deyilməməlidir. Çünki Azərbaycan dövləti və cəmiyyəti bizdən real işlər gözləyir".
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, tolerantlıq Azərbaycanda həyat tərzidir. Onun sözlərinə görə, ölkədə artıq tolerantlıq barədə çoxillik zəngin bir təcrübə formalaşıb: "Bu ölkəmizdə təkcə dini dözümlülük deyil, dinlərarası münasibətlərin qarşılıqlı əlaqəsi mənasında sistemə çevrilib. Azərbaycanda illərdən bəri zəngin təcrübənin olduğunu artıq bütün dünya bilir. Multikulturalizm tolerantlığı tamamlayan anlayışdır. Dövlət müşavirliyinin də yaradılması ölkəmizdə bir dönüş yaratdı. Bakıda və rayonlarda müşavirlik xəttilə keçirilən tədbirlər Azərbaycan cəmiyyətinin inkişafını bir daha diktə etdi".
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, ölkədə bu gün bütün xalqların mədəniyyətlərinin inkişafı üçün bütün şərait yaradılıb. Onun sözlərinə görə, Azərbaycanda bir çox xalqların dillərin teatrlar mövcuddur: "Hər il nazirliyin xətti ilə müxtəlif festivallar, konfranslar keçirilir. Ölkədə multukultural dəyərlərə baxışı sistemləşdirmək üçün yeni xidmətin yaradılması və bu işlərin dövlət səviyyəsində qiymətləndirilməsində yeni bir səhifə olacaq. Bu mərkəzain işinə hər zaman Mədəniyyət və Turizm Nazirliyi lazımi köməkliklər göstərməyə hazırdır".
Millət vəkili Aytən Mustafayeva bildirib ki, Azərbaycanda multukulturalizmin qorunub inkişaf etdirilməsi üçün yaradılan mərkəzin yaradılması vacibdir. onun sözlərinə görə, Azərbaycanda hüquqi baza yaradılıb və bütün xalqların hüquqları bərabər səviyyədə qorunur.
Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov da ölkədə Bakı Beynəlxalq Multukulturalizm Mərkəzinin yaradılmasının mühüm məsələ olduğunu qeyd edib. Onun szölrəinə görə, Azərbaycan müxtəlif mədəniyyətlərə hörmətlə yanaşan ölkədir: "Bu gün dünyada müxtəlif proseslər gedir. İqtisadi böhranlar, müxtəlif aspektlərdə gedən mübarizə, münaqişə və müharibələr bütün insanları düşündürməyə başlayıb. belə bir zamanda Azərbaycan dünyanın hər yerindən görünən, ən düzgün qərarlar verən, yekunlar əldə edən ölkə kimi tanınır. Düşünürən ki, yeni yaradılan mərkəz də bəşəriyyət, insanlar üçün sülh, birgə yaşayış üçün bir institut olacaq".
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirb ki, Azərbayacn öz fəaliyyəti, siyasəti ilə tolerantlığa nümunə ölkə olduğunu bütün dövrlərdə nümayiş etdirib. onun fikrincə, Azərbaycan xalqı tolerant olmasaydır müxtəlif dinlər, etnoslar birgə yaşaya bilməzdi: "Bütün hallarda tolerant olmuşuq və bu məsələ bizim mənəvi tələbatımıza çevrilib. Bu gün Azərbaycanda müxtəlif dini icmalar sərbəst şəkildə fəaliyyət göstərir. Bu gün Yaxın Şərqdə, müxtəlif ölkələrdə baş verən tolerantlıqdan kənara çıxmağın acı nəticələrini göstərir. Ancaq ölkədə həyata keçirilən multukulturalizm daxili barışığa çağırış deyil, eyni zamanda dünyaya nümunə kimi göstərilməkdədir. Tolerantlıq dünyada xilasa aparan ideologiyaya çevrilməkdədir. Belə də olmalıdır, çünki əks təqdirdə böyük qarşıdurma ilə üz-üzə qala bilərlər. Bu gün Bakıda yeni yaradılan mərkəzin də fəaliyyətində, torentlığını qorunmasında Azərbaycan ziyalıları, siyasətçilər, mədəniyyət xadimləri bu prosesdə yaxından iştirak etməlidir".
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev qeyd edib ki, ölkədə bütün dinlərə ibadət üçün bərabər şərait yaradılıb. Onun sözlərinə görə, İslam dinində də bu məsələ qabarıq şəkildə qeyd olunub: "Səmavi dinlərdə məcburiyyət məfhumu yoxdur. Dinimiz öz ayınlərini başqalarına məcburi qəbul etdirməyə yox deyir. Bu məsələdə fikirlər azaddır".
Dəyirmi masa müzakirələrlə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB