2 yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

2 yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bu gün axşam Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. SİA-nın xəbərinə görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, saat 22:00-da Məmməd Araz və 00:00 radələrində Yusif Vəzir Çəmənzəminli küçələrində yolun hərəkət hissəsinin üfüqi nişanlanması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olanacaq.

Sözügedən küçələrdə nəqliyyatın hərəkəti təxminən 04:00 radələrində tam olaraq bərpa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə