Bakı dünyanın ən gözəl və mehriban şəhərlərindən biridir. Mən bu şəhəri çox sevirəm. Buna görə də bugünkü sərgim "Sağ ol, Bakı" adlanır.
Bu sözləri rəssam Olqa Qladkova fərdi sərgisinin açılışında jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, qədim və zəngin mədəniyyəti olan Azərbaycan memarlıq abidələri, musiqisi, adət-ənənələri, folkloru, ləziz mətbəxi, xalçaçılıq sənəti və müxtəlif sənət növləri ilə dünyada şöhrət qazınıb. O.Qladkova vurğulayıb ki, yaradıcılığında Azərbaycan mədəniyyəti və məişəti mövzusuna xüsusi yer ayırır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB