Bakıda “Risk Peşəkarlarının Forumu” keçiriləcək

Bakıda “Risk Peşəkarlarının Forumu” keçiriləcək

Bakıda "Risk Peşəkarlarının Forumu" keçiriləcək. SİA-nın məlumatına görə, ARPA - Azərbaycan Risk Peşəkarları Assosiasiyası, ilk dəfə olaraq "Risk Peşəkarlarının Forumu"nun təşkilatçısıdır. Maliyyə, müəssisələrin üzləşdiyi risklər üzrə aparıcı mütəxəssislərin konfransda iştirakı, bu sahə üzrə ən son inkişaf istiqamətləri, strategiyalar, metodlar, beynəlxalq müsbət təcrübənin tətbiq edilməsi, o cümlədən uğurlu təcrübələrin müzakirə edilməsinə və nəticələrin əldə edilməsinə səbəb olacaq.

Bir günlük foruma müxtəlif təşkilatları təmsil edən aparıcı ekspertlər qatılıb. Forum çərçivəsində müxtəlif sahələrdə risklərlə bağlı məsələlər müzakirə ediləcəkdir. Forumun əsas mövzusu: "Çətin dövrdə riskin idarə edilməsi". Müvafiq sahələr üzrə fəaliyyət göstərən bir çox tanınmış alimlərin də konfransın spikerləridir. Ümumiyyətlə isə, muvafiq sahələr üzrə öz bilik və təcrübəsini bölüşmək istəyənlər foruma dəvət olunublar.

Forum zamanı interaktiv panel müzakirələri təşkil ediləcək, praktiki öyrənmə, riskin idarəedilməsi üzrə ən son inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılacaq. Həmçinin, "İlin Risk Meneceri" mükafatının təqdim etmə mərasimi baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə