Sofiya Cəfərovanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Bu gün Respublika Veteranlar Təşkilatının və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Böyük Vətən müharibəsinin iştirakçısı, istefada olan polis polkovniki Sofiya Cəfərovanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, Respublika Veteranlar Təşkilatının sədri, general-mayor Dadaş Rzayev çıxış edərək iştirakçılara yubilyarın həyat və fəaliyyəti haqqında məlumat verib.
D. Rzayev vurğulayıb ki, Böyük Vətən müharibəsinin veteranları bizim qızıl fondumuzdur: "İstefada olan polis polkovniki Sofiya Cəfərovanın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilir. Bu qayğının əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Sofiya Cəfərova, bu gün də ölkəmizin ictimai-siyasi həyatında, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında fəal iştirak edir".
Prezident İlham Əliyevin respublikamızda veteran hərəkatının gücləndirilməsinə, onlara yüksək qayğı göstərilməsinə daim diqqət yetirdiyini bildirən D. Rzayev Böyük Vətən müharibəsi iştirakçılarının yubiley mərasimlərinin davamlı qaydada keçiriləcəyini vurğulayıb.
Sonra polkovnik Kamal Əliyev S.Cəfərovanın şərəfli həyat və döyüş yolu barədə məruzə ilə çıxış edib.
Digər natiqlər çıxışlarında S.Cəfərovanı 90 illik yubileyi münasibətilə təbrik edib, ölkəmizdə veteranlara göstərilən dövlət qayğısından danışıblar.
Yubilyara Respublika Veteranlar Təşkilatı, Sabunçu Rayon İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyinin, Rusiya, Belarus, Ukraynanın Azərbaycandakı səfirliklərinin hərbi atteşşelikləri adından fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB